Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın həmləsi Ukraynanı təşvişə salıb

© Sputnik / Alexander Polegenco / Mediabanka keçidRusiya-Ukrayna sərhəddi
Rusiya-Ukrayna sərhəddi - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiya sərhədimizə 60 min əsgər, raket sistemi, ağır zirehli texnikalar və döyüş vasitələri cəmləşdirib"

BAKI, 4 iyul — Sputnik. Rusiya Ukrayna ilə sərhədə, döyüşə tam hazır olan 60 min əsgər yığıb. Sputnik Azərbaycan "Rosbalt"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. Yerli jurnalistlərə açıqlama verən müdafiə nazirinin birinci müavini İvan Rusnak, 60 min rus hərbçinin Krıma və Donbas bölgəsinə cəmləndiyini deyib.

İvan Rusnak oxşar bəyanatı paytaxt Kiyevdə keçirilən NATO Parlament Assambleyasının 95-ci seminarında da səsləndirib. "Rusiya 60 min əsgərdən savayı, yaxınlığımıza "Toçka" raket sistemi, ağır zirehli texnikalar, döyüş vasitələri göndərib" — nazir qeyd edib.

Xəbər lenti
0