Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerika siyasətinin əfsanəsi Putinlə bir arada

© Sputnik / Aleksey Drujinin / Mediabanka keçidVladimir Putin və Henri Kissincerin görüşü
Vladimir Putin və Henri Kissincerin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml: Onlar yaxın dostdurlar və ara-sıra görüşürlər

BAKI, 30 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin, Moskvada olan, ABŞ-ın keçmiş xarici işlər naziri Henri Kissincerlə görüşüb. Sputnik xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Putin və Kissincer arasında uzun illərdir yaxın dostluq münasibəti var. İmkan olduqca ara-sıra görüşürlər" — Peskov bildirib.

Kremldən verilən açıqlamaya görə, görüş rəsmi xarakter daşımır. Henri Kissincer Moskvada Rusiyanın sabiq baş naziri Yevgeni Primakovun xatirəsinə təşkil edilən beynəlxalq konfransda iştirak etmək üçün Rusiyaya gəlib.

Qeyd edək ki, Kissincer vaxtilə Sovetlər İttifaqı ilə yaxınlaşmanın ən fəal tərəfdarlarından olub, 1973-cü ildə Nobel sülh mükafatı alıb.

Xəbər lenti
0