08:05 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
7501

Mariya Zaxarova: "Suriya dövlətinə qarşı edilən təhdidlər, həm də Rusiyanın ünvanınadır"

BAKI, 29 iyun — Sputnik. "Belə görünür ki, ABŞ Suriya hökumətini vurmaq üçün yeni oyunlar qurur. Əsəd rejiminin kimyəvi hücum hazırlığı içərisində olması barədə mediada yayılan xəbərlər buna hazırlıq məqsədi daşıyır". Sputnik-in xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verib.

"Son günlər qərb, xüsusilə ABŞ mediasında Suriya rejiminin yeni kimyəvi hücum hazırlığında olması haqda dolaşan xəbərlər məqsədlidir və sifarişlə yazılır. Xüsusilə sosial şəbəkələrdə bu istiqamətdə təxribat xarakterli videolar, fotolar yayılır. Bu onu göstərir ki, Amerika yenidən Suriyanın legitim hökumətini və ordusunu vurmağa hazırlaşır" — sözçü qeyd edib.

Mariya Zaxarova sonda əlavə edib ki, Suriya dövlətinə qarşı edilən təhdidlər, həm də Rusiyanın ünvanınadır.

Əsas mövzular