19:34 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy

Eks-nazir: "Qarabağ məsələsinin tezliklə həll olunacağına inanmıram"

© Sputnik / Alexander Imedashvili
RUSİYA
Qısa URL
12001

Rusiya prezidentinin xüsusi nümayəndəsinin fikrincə, bu prosesdə ziyalıların üzərinə böyük rol düşür

BAKI, 29 iyun — Sputnik. "Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələri arasında dialoq məsələsi indiyə qədər də aktual olaraq qalır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Tbilisidə keçirilən Beynəlxalq Cənubi Qafqaz Mediaforumunda deyib.

"Sürətlə dəyişən vəziyyəti mütəmadi olaraq analiz etmək lazımdır. Biz artıq çoxdandır bu forumda olduğu kimi görüşməmişik. Düşünürəm ki, belə görüşlər faydalıdır. Mənə elə gəlir ki, bizim media münasibətlərində tonallığı dəyişmək lazımdır" — deyə xalq diplomatiyasının fəal təşəbbüskarlarından və iştirakçılarından biri olan Şvıdkoy bildirib. 

Onun sözlərinə görə, müxtəlif növ təbliğati addımlardan reallığı qəbul etməyə keçmək lazımdır.

"25 il ərzində postsovet məkanı çox dəyişib. Jurnalistika dəyişib, yeni KİV, internet meydana gəlib. Düşünürəm ki, bu qəbildən olan qarşılıqlı görüşlər maraq doğurur" — deyə o bildirib.

Azərbaycanlı ziyalılardan ibarət nümayəndə heyəti Şuşada. 2007-ci il
© Photo : STR
Azərbaycanlı ziyalılardan ibarət nümayəndə heyəti Şuşada. 2007-ci il

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xalq diplomatiyası davam edəcəkmi" sualına cavab verərkən Şvıdkoy deyib ki, bu, layihə deyil, daha çox sonu olmayan prosesdir. 

"Bununla bağlı mən düşünürəm ki, çox şey insanların düşüncəsindən asılıdır və burada ziyalılar böyük rol oynayır. Yaxın zamanda nə olacaq, hələlik, mən bu barədə nəsə deməyə çətinlik çəkirəm. Amma bilirəm ki, bununla məşğul olmaq lazımdır. Mən ümidimi üzmürəm, amma məqsədə də tezliklə nail olunacağına inanmıram" — deyə Şvıdkoy bildirib.

2007-ci ildə hər iki respublikanın ziyalılarının Dağlıq Qarabağa, Ermənistan və Azərbaycan-a münaqişənin başlanmasından sonra ilk səfərləri təşkil olunmuşdu. Bu səfərlər zamanı hər iki ölkənin prezidentləri ilə görüşlər keçirilmişdi. Səfərlərdə Azərbaycan və Ermənistan səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan, Mədəniyyət və kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdkoy da iştirak etmişdi.

Əsas mövzular