Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya həmsədrlərin bəyanatına belə reaksiya verdi

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга, 8 июня 2017 года
Официальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга, 8 июня 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir

BAKI, 22 iyun — Sputnik. "ATƏT-in Minsk qrupunun həmsdrlərinin bəyanatında, həmçinin Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir.

Bu yaxınlarda baş tutan Rusiya və Fransa xarici işlər nazirlərinin — Sergey Lavrov və Jan-İv Le Drianın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməməsi sualına cavab olaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi bu məsələnin ətraflı müzakirə olunmadığını bildirib.

Xəbər lenti
0