03:37 16 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Президент РФ Владимир Путин

Prezidentdən qızıl kimi sözlər

© Sputnik / Sergey Guneyev
RUSİYA
Qısa URL
62011

"Onu tabuta qoyub, yanınızda apara bilməzsiniz"

BAKI, 16 iyun — Sputnik. Amerikalı rejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putinlə hazırladığı reportajlardan ibarət sənədli filmi "Putinin müsahibələri"nin yeni hissəsini yayımlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu hissədə Putin deyildiyi kimi "dünyanın ən varlı insanı" olmadığını etiraf edib. O bildirib ki, insanların düşündüyü qədər var-dövləti yoxdur.

Stoun Putinə dünyanın ən varlı adamı kimi tanındığını deyib. Putin isə bildirib ki, deyildiyi qədər də var-dövləti yoxdur. Stoun Kiprdə hesablarının olub-olmadığını soruşduqda, Rusiya prezidenti deyib: "Yox, heç olmayıb. Hamısı sayıqlamadır. Belə bir şey olsaydı, çoxdan üzə çıxmışdı".

Putin ən böyük var-dövlətin xoşbətlik olduğunu etiraf edib. Prezident həmçinin qeyd edib ki, çoxlu pul xoşbəxtlik deyil, başağrısıdır: "Belə bir böhran vəziyyətində pullarınızı nə edəcəyinizi, hara qoyacağınızı düşünmək sadəcə başağrısı gətirir. Siz bank hesablarında çox pulu olanlardan daha varlısınız. Öz fikirləriniz və bacarıqlarınız var və bu bacarıqları nümayiş etdirə bilirsiniz. Arxanızca bir iz buraxa bilirsiniz. Pul belə bir xoşbəxtlik vermir. Onu tabuta qoyub, yanınızda apara bilməzsiniz".

Vladimir Putin azyaşlı nəvələri olduğunu, ancaq onlara yetərli qədər zaman ayırmadığını da bildirib.

Xatırladaq ki, rejissor Oliver Stounun çəkdiyi "Putinin müsahibələri" dördhissəli sənədli filmi Amerikanın Showtime telekanalında yayımlanıb. Həmin film dünyanın əksər KİV-lərinin diqqətini çəkib. Putin barədə təəssüratlarını bölüşən Stoun onu Rusiyanın maraqlarını müdafiə edən lider kimi xarakterizə edib. Rejissor Putini "Rusiyanın oğlu" adlandırıb. 

Stoun Rusiya prezidenti ilə bağlı şəxsi fikrini belə ifadə edib: "Onun intizamına, kiçik fasilələrlə 16 il ərzində prezident kimi öz işinin öhdəsindən gəlmək qabiliyyətinə, dözümlülüyünə heyran olmuşam. Bildiyim qədər heç bir Amerika prezidenti bu qədər saat ərzində işləmir. O, özünü işə həsr etməkdə mənə Cimmi Karteri xatırladır". 

Əlaqədar

Vladimir Putin: "Rusiyanın kürdlərlə problemi yoxdur"
Vladimir Putin varisindən danışdı
Putin ABŞ-la konstruktiv dialoqa hazır olduğunu bəyan edib
Putin: "Rusiya həmişə sanksiyalar altında yaşayıb"
Teqlər:
Oliver Stoun, Vladimir Putin, Kipr, Rusiya

Əsas mövzular