02:35 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
93 0 0

Rusiya XİN: Əl-Bağdadinin mümkün məhvi barədə məlumatı şişirtməyə ehtiyac yoxdur

BAKI, 16 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiyada hələlik İŞİD terror qruplaşmasının lideri İbrahim Əbu-Bəkr əl-Bağdadınin yüz faiz məhv edildiyi barədə informasiya yoxdur.

Bir müddət əvvəl RF Müdafiə Nazirliyi xəbər vermişdi ki, əl-Bağdadi mayın 28-də RF Hava-kosmik Qüvvələrinin Su-35 və Su-34 təyyarələrinin Raqqanın cənubundakı İŞİD liderlərinin toplantı keçirdiyi məntəqəyə zərbələr endirməsi nəticəsində məhv edilib. 

"Su-35 və Su-34 təyyarələrinin zərbələri nəticəsində terror qruplaşmasının İŞİD Hərbi Şurası adlandırdığı qurumun tərkibinə daxil olan yüksək rütbəli komandirlər, həmçinin orta səviyyəli 30 səhra komandiri və onların 300-ə qədər şəxsi mühafizəsi məhv edilib" — deyə RF Müdafiə Nazirliyinin bəyanatında bildirilirdi. 

Həmin məlumata görə, məhv edilmiş terrorçular arasında Raqqanın əmiri Əbu əl-Hacı əl-Misri, Raqqa şəhərindən Əs-Suxne məntəqəsinə qədərki rayona nəzarət edən əmir İbrahim ən-Nayef əl-Həcc və İŞİD-in təhlükəsizlik xidmətinin rəisi Süleyman əl-Şauax da olub.

"Təbii ki, mən bu barədə eşitmişəm. Lakin məndə hələlik bu informasiyanın yüz faiz təsdiqini tapdığına dair məlumat yoxdur" — Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında əl-Bağdadınin öldürülməsi barədə sualı cavablandırarkən deyib.

Nazir eyni zamanda deyib ki, əl-Bağdadinin mümkün məhvi barədə məlumatı şişirtməyə ehtiyac yoxdur.

"Bu qəbildən olan aksiyalara dair bütün nümunələr, terror qruplaşmalarının başsız qalması həmişə kifayət qədər böyük entuziazmla, təntənəli şəkildə təqdim edilib. Lakin təcrübələr göstərir ki, sonra bu strukturlar öz döyüş qabiliyyətlərini bərpa ediblər" — deyə Lavrov İŞİD, ən-Nüsra Cəbhəsi kimi terror təşkilatlarını qəsd etdiyini vurğulayıb. 

Qeyd edək ki, son illər ərzində mütəmadi olaraq əl-Bağdadinin öldürüldüyü və ələ keçirildiyi barədə məlumatlar yayılsa da, təsdiqini tapmayıb.

Bu barədə sonuncu məlumat KİV-də iyunun 11-də yayılıb. Britaniyanın Daily Mail nəşri Suriyanın dövlət televiziyasına istinadla İŞİD liderinin Raqqaya hava hücumu zamanı öldürüldüyünü xəbər vermişdi.

Əlaqədar

Azərbaycanlı İŞİD-çilər həbs olunub
Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyünü açıqladı
İŞİD liderləri bu şəhərə qaçıblar
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib
Teqlər:
RF Müdafiə Nazirliyi, İŞİD, Əbu əl-Hacı əl-Misri, Süleyman əl-Şauax, İbrahim ən-Nayef əl-Həcc, İbrahim Əbu-Bəkr əl-Bağdadi, Raqqa, Moskva

Əsas mövzular