Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan turizmdə Gürcüstanı qabaqlayıb

© Sputnik / Alexey Filippov / Mediabanka keçidНочной Баку. Архивное фото
Ночной Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir

BAKI, 13 iyun — Sputnik. Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir.

Turstat Agentliyi 2017-ci ilin 3 ayı ərzində Rusiyadan getmə turizminin statistikasını təhlil edib.

Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yerdədir və bu dəfə Gürcüstanı qabaqlaya bilib.

Turstat-ın məlumatına görə, ilin 3 ayı ərzində Rusiyadan turist səfərlərinin sayı 6,7 milyonadək artıb. Ötən ilin analoji dövründə bu rəqəm 5,4 milyon olub.

Rusiyalı turistlərin getdikləri yerlərin arasında Azərbaycan (139 min səfər, 2016-cı ilin analoji dövrü ilə müqayisədə +31%) və Gürcüstan (135 min, +27%) ön yerlərdədirlər.

Türkiyə (138 min, +116%), Vyetnam (150 min, +65%), BƏƏ (210 min, +57%) və Tailand (381 min, +35%) rusiyalı turistlərin çimərlik turizmi üçün ən çox səfər etdikləri yerlərdir.

Ümumilikdə isə ilk üç yeri Finlandiya, Qazaxıstan və Çin tuturlar.

Xəbər lenti
0