Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı nazir azərbaycanlı həmkarının ölümünə dərindən təəssüflənib

© AZƏRTACAleksandr Novakın rəhbərliyi etdiyi nümayəndə heyəti II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim Natiq Əliyevinxatirəsini dərin ehtiramla yad edib
Aleksandr Novakın rəhbərliyi etdiyi nümayəndə heyəti II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim Natiq Əliyevinxatirəsini dərin ehtiramla yad edib - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Novak: "O, elektroenergetikanın bütün məsələlərindən peşəkarcasına baş çıxarırdı"

BAKI, 11 iyun — Sputnik. Rusiyanın energetika naziri Aleksandr Novakın rəhbərliyi altında Rusiyanın nümayəndə heyəti II Fəxri xiyabana gedərək ötən gün torpağa tapşırılmış Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsini anıb.

Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyulub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, rusiyalı nazir jurnalistlərə müsahibəsində mərhum haqqında xatirələrini bölüşüb.

"Dostum, Azərbaycanın energetika naziri Natiq Əliyevin vaxtsız vəfatı xəbəri məni dərindən təsirləndirdi. Mən onu peşəsini ürəkdən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev energetikanın, neft-qaz sahəsinin, elektroenergetikanın bütün məsələlərindən peşəkarcasına baş çıxarır, Azərbaycanda energetikanın inkişafı, ölkələrimiz arasında əməkdaşlıq üçün xeyli işlər görmüşdü. Biz Müstəqil Dövlətlər Birliyinin Elektoenergetika Şurasında bir yerdə işləmişdik. Mənim onunla çox yaxşı münasibətlərim var idi. Əlbəttə, böyük dostu itirmək bizim üçün kədərli hadisədir", — deyə rusiyalı nazir bildirib.

Natiq Əliyevlə vida mərasimi - Sputnik Azərbaycan
Natiq Əliyev son mənzilə yola salındı

Aleksandr Novak, həmçinin energetika sahəsində iki ölkə arasında əməkdaşlığın indiki səviyyəsindən danışıb:

"Biz əməkdaşlığımızı çox yüksək qiymətləndiririk, energetika sahəsində bir yerdə işləyirik, qonşu ölkələrlə qarşılıqlı münasibətləri inkişafı, o cümlədən elektroenergetikada, Azərbaycanla və İranla Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzrə bir yerdə işləyirik. Bununla yanaşı, bizim neft şirkətlərimiz Azərbaycanda neft yataqlarının işlənməsində iştirak edirlər."

"Biz, həmçinin OPEK-ə daxil olmayan ölkələr arasında neft bazarının tarazlaşdırılması üzrə razılaşmanı bir yerdə reallaşdırırıq və Azərbaycan burada əsas yerlərdən birini tutur. Bundan başqa, biz qaz sahəsində əməkdaşlığı davam etdiririk və hesab edirəm ki, bu, ölkələrimiz arasında əsas ticari-iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Bu istiqamətə, o cümlədən uzun illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, sonralar sənaye və energetika, son illər isə energetika naziri vəzifəsini tutmuş Natiq Əliyev də kömək edib" — deyə rusiyalı nazir bildirib.

Xəbər lenti
0