17:23 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
33301

Vasilyevanın sözlərinə görə, Rusiya kiril əlifbasının yayılması məsələsində mövqeyini qorumalıdır: "Baxmayaraq ki, son iki onillikdə bu mövqe bir az zəifləyib"

BAKI, 6 iyun — Sputnik. Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB ölkələrinin Kiril əlifbasına qayıtmasını təklif edib. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazir bu barədə "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxışında bildirib.

"Son 10 ildə şriftlərin latın və ərəb əlifbasına keçməsi çox böyük mövzu olub. Biz indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq. Bu kiril əlifbasıdır. Sorğular göstərir ki, bizim əhalimiz və yaxın çevrədə yaşayan insanlar onsuz da kiril əlifbasına keçidi vacib sayırlar" — o vurğulayıb.

Vasilyevanın sözlərinə görə, Rusiya kiril əlifbasının yayılması məsələsində mövqeyini qorumalıdır: "Baxmayaraq ki, son iki onillikdə bu mövqe bir az zəifləyib".

Qeyd edək ki, SSRİ-nın süqutundan sonra Azərbaycan, Türkmənistan və Özbəkistan kiril əlifbasından latın əlifbasına keçib. Bir müddət öncə isə Qazaxıstan hakimiyyəti ölkənin 2025-ci ilə kimi tamamilə latın əlifbasına keçəcəyini açıqlayıb.

Əlaqədar

Əlifba islahatı
Bu ölkə də latın əlifbasına keçməyə hazırlaşır
Prezident yeni əlifbaya keçidlə bağlı əmr verdi
Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Teqlər:
Olqa Vasilyeva, təhsil və elm naziri, Kiril əlifbası, ölkə, Rusiya

Əsas mövzular