06:29 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Anya Metyolkina

Bütün dünya bu uşaqdan danışır

© Photo: ALEKSEY BULATOV KP
RUSİYA
Qısa URL
91 0 0

Oyandıqdan sonra uşağın hərarəti qalxır, üzü şişir və qızarır, uşaq əsməyə başlayır

BAKI, 1 iyun — Sputnik. Rusiyada yaşayan 1 yaşlı Anya Metyolkina adi uşaqdır. Lakin bu uşağın bir özəlliyi var.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, yuxuya gedəndən sonra Anya günlər və hətta həftələrlə oyanmadan yatır.

Yuxuya gedəndən sonra Anya günlər və hətta həftələrlə oyanmadan yatır
© Photo : Ailənin şəxsi arxivindən
Yuxuya gedəndən sonra Anya günlər və hətta həftələrlə oyanmadan yatır

İlk dəfə belə hadisə uşaq 6 aylıq olanda baş verib. Yemək yeyəndən sonra uşaq oynayırdı, çox şən və gümrah idi. Anası onu heç cür yatızdıra bilmirdi. Birdən Anya oturduğu stulda dərin yuxuya getdi. Növbəti gün uşaq yuxudan ayılmadı. Uşağı oyada bilməyən  valideynlər qorxub "təcili yardım" çağırıblar. Həkimlər uşağı müayinə etdikdən sonra heç bir patologiya tapmayıblar. Uşaq sadəcə yatırdı və onu oyatmaq mümkün deyildi. Anya xəstəxanaya yerləşdirilib.

Bir neçə gündən sonra Anya qəfildən oyanıb. Uşaq tam sağlam görünürdü — gülürdü, oynayırdı, yemək yeyirdi.  Lakin növbəti gün uşaq yenə yuxudan oyanmayıb. Artıq bu 1 il davam edir. Uşaq bir neçə saatlıq oyanır, sonra yuxuya gedir və günlərlə yatır.

Anyanın anası uşaqla birlikdə demək olar ki, reanimasiyada yaşayır. Oyandıqdan sonra uşağın hərarəti qalxır, üzü şişir və qızarır, uşaq əsməyə başlayır.

Həkimlər uşağa heç bir diaqnoz qoya bilmir. Uşağın tibbi kartında "genezisi məlum olmayan hipersomniya" yazılıb. Tutma zamanı uşağın nəfəsalması və ürək döyüntüsü azalır. Anya çoxsaylı analiz və müayinələrdən keçib. Lakin hipersomniyanın səbəbi indiyə qədər aşkar olunmayıb.

Əsas mövzular