Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ÜAK-ın taleyi ilə bağlı narahatlıq ifadə edilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidЗдание Верховного суда РФ в Москве, фото из архива
Здание Верховного суда РФ в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir

BAKI, 23 may — Sputnik. Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə ünvanlanmış müraciət yayıb. Bu barədə Sputnik Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Bəyanatda bildirilir ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır Ümumrusiya Azərbaycan Konqresi ilə əməkdaşlıq edir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.

Bəyanatda həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasinin Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

"ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir" — deyə bəyanatda bildirilir.

Xəbər lenti
0