01:15 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
RUSİYA
Qısa URL
49210

Rusiya XİN: "Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil"

BAKI, 21 may — Sputnik. "Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

"Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır", — deyə o qeyd edib.

"Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir", — deyə diplomat bildirib.

Əlaqədar

Rus icmasının rəhbəri də ÜAK-ın ləğvinə etiraz etdi
"ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı düşmənçilik mövqeyidir"
Diaspor Komitəsi ÜAK-ın ləğvi cəhdinə münasibət bildirdi
Teqlər:
Vasili Nebenzya, münasibət, ÜAK, Ümumrusiya Azərbaycan Konqresi, Bakı, Moskva, qərar

Əsas mövzular