20:14 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Kreml

Rusiyadan Türkiyəyə: "Bu, son həftədir"

© REUTERS / Maxim Shemetov
RUSİYA
Qısa URL
334 0 0

Arkadi Dvorkoviç: "Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi ilə bağlı sənədlər həftə sonuna qədər hazır olacaq"

BAKI, 17 may — Sputnik. "Türkiyə ilə əlaqələrin bərpası istiqamətində bütün əngəllər bu həftə tam aradan qalxacaq". Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib.

Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç
© Sputnik / Yevgeny Biyatov
Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç

O, Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi ilə bağlı sənədlərin həftə sonuna qədər hazır olacağını bildirib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident Vladimir Putin arasında ötən həftə keçirilən görüş zamanı əldə edilən razılıqlar artıq sənədləşdirilib".

Xatırladaq ki, Ərdoğan-Putin görüşündə tərəflər arasında ərzaq və kənd təsərrüfatı məhsullarına, xidmət və tikinti sahələrinə dair sanksiyaların aradan qaldırılması ilə bağlı razılıq əldə olunmuşdu.

Əsas mövzular