Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə sərhədində Rusiya bayrağı: Orduya döyüş hazırlığı əmri verildi

© Photo : milliyet.com.trTürkiyə sərhədində Rusiya bayrağı
Türkiyə sərhədində Rusiya bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Türk ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

BAKI, 11 may — Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu olan PYD, Türkiyə ilə sərhəddə Rusiya bayrağı qaldırıb. Bayraq asılar-asılmaz türk ordusunın ağır zirehli texnikaları Suriya sərhəddində bir nömrəli hazırlıq vəziyyətinə gətirilib.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, rus bayrağının asılmasından dərhal sonra türk ordusuna həyəcan siqnalı verilib. Əsgərlər döyüş hazırlığı vəziyyətinə gətirilib.

Məlumata görə, ərazidə geniş təhlükəsizlik tədbirləri görülür. Məsələ ilə bağlı nə rəsmi Ankaradan, nə də Moskvadan açıqlama verilməyib.

Xəbər lenti
0