22:11 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
48 0 0

Rusiyanın Mədəniyyət və Turizm naziri Vladimir Medinski, rus xalqının türk seriallarını çox sevdiyini deyib

BAKI, 8 may — Sputnik. Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı və rus həmkarı Vladimir Medinski Bakıda keçirilən 4-cü Mədəniyyətlərarası Dialoq forumunda bir araya gəlib. Nazirlər Türkiyə və Rusiya arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra məsələləri müzakirə ediblər.

Tərəflərin əldə etdiyi razılığa əsasən yaxın vaxtlardan etibarən iki ölkə kinematoqrafçıları birgə serial və kino çəkilişlərinə başlayacaq və bu proses davamlı olacaq.

Sputnik Türkiyə xəbər verir ki, artıq bir serial və filmin ssenrilərinin hazır olduğu və yaxın günlərdə çəkilişlərə başlanılacağı qeyd olunub.

Görüşdən sonra mətbuata açıqlama verən Rusiyanın Mədəniyyət və Turizm naziri Vladimir Medinski, rus xalqının türk seriallarını çox sevdiyini deyib.

Əsas mövzular