09:46 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
51912

Aleksandr Lavrentyev: "Hətta ABŞ öncədən xəbərdarlıq etsə belə, onlara aid təyyarələrin uçuşuna icazə verilməyəcək"

BAKI, 5 may — Sputnik. Suriyadakı təhlükəsiz və uçuşa qadağan olunan bölgələrə ABŞ-a məxsus döyüş təyyarələrinin girişinə icazə verilməyəcək. Sputnik Azərbaycan "Qazeta"-ya istinadən xəbər verir ki, bu barədə Astanadakı Suriya danışıqlarında Rusiyanı təmsil edən Aleksandr Lavrentyev açıqlama verib.

O, qeyd edib ki, atəşkəs bölgələrinin hava məkanı ABŞ, o cümlədən koalisiya qüvvələrinin hərbi təyyarələri üçün bağlı olacaq. "Hətta ABŞ öncədən xəbərdarlıq etsə belə, onlara aid təyyarələrin uçuşuna icazə verilməyəcək. Amerikalılar ancaq İŞİD-in nəzarətində olan yerlərdə uçuş həyata keçirə bilərlər. Bura Raqqa, Deyr-əz-Zor və s. yerlər daxildir" — rus rəsmi bildirib.

Aleksandr Lavrentyev sonda əlavə edib ki, Rusiya sülhün təminatçısı olan ölkə kimi atəşkəs zonalarında bütün fəaliyyətləri diqqətlə izləyəcək.

Əlaqədar

Suriya ilə bağlı tarixi memorandum imzalandı
Ərdoğan: "Suriyanın şimalında dövlət qurulmasına imkan verməyəcəyik"
Suriyadakı kimyəvi silah olayında İranın barmağı var!?
Suriyaya atılan raketlər neftin qiymətini qaldıracaqmı?
Nəhənglər Suriyada əməkdaşlığı bərpa etdilər
Türkiyə və Rusiya prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Teqlər:
Aleksandr Lavrentyev, uçuşa qadağa, təhlükəsiz, icazə, döyüş təyyarələri, bölgə, Suriya, Rusiya, ABŞ

Əsas mövzular