20:51 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3410

Bu strateji bombardmançı-raketdaşıyanların istehsalı müxtəlif səbəblərdən heç vaxt kütləvi xarakter daşımayıb

BAKI, 25 aprel — Sputnik. Rusiya baş nazirinin müavini Dmitri Roqozin Tatarıstana işçi səfər edib. Səfər zamanı xüsusi kimya və sursat sənayesinin möhkəmləndirilməsinə başlanması barədə qərar qəbul edilib.

Sputnik Azərbaycan-nın məlumatına görə, Roqozin bu barədə özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, yeni nəsil strateji bombardmançıların — Tu-160 "Belıy lebed"lərin ("Ağ qu quşu") kütləvi istehsalına hazırlaşırlar.

Bu bombardmançı ötən əsrin 70-80-ci illərində "Tupolev" konstruktor bürosunda hazırlanıb. O, hərbi aviasiyanın tarixində ən sürətli, güclü bombardmançıdır. Pilotlar arasında "Ağ qu quşu" adını alıb. Bu strateji bombardmançı-raketdaşıyanların istehsalı müxtəlif səbəblərdən heç vaxt kütləvi xarakter daşımayıb.

Roqozin öz facebook səhifəsində şəkillər paylaşaraq yazıb: "S.P.Qorbunov adına Kazan aviasiya zavodunda rekord həddə qısa müddətə titan elektron-şüa qaynağı bərpa edilib. Yeni nəsil "Belıy lebed"lərin istehsalına hazırlıq gedir".

Əsas mövzular