12:32 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Sankt-Peterburqda terror

Sankt-Peterburq terroruna dair mühüm detallar üzə çıxıb

© REUTERS / Anton Vaganov
RUSİYA
Qısa URL
190212

Terrorunun təşkilində şübhəli bilinən şəxsin valideynləri dindirilir

BAKI, 4 apr — Sputnik. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTDK) dünən Sankt-Peterburq metrosunda baş verən partlayışları törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb. Sputnik Qırğızıstan-ın xəbərinə görə, terror aktının, 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan Akberjon Cəlilov tərəfindən törədildiyi ehtimal edilir. Hazırda Qırğızıstan MTDK-nın Oşdakı müvafiq strukturları Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır.

"Ötən gün Sankt-Peterburq metrosunda baş verən partlayışın Qırğızıstan vətəndaşı tərəfindən törədildiyi ehtimal edilir. Bombanın, partlamış üçüncü vaqonda cəsədi aşkarlanan şəxs tərəfindən metroya gətirildiyi güman edilir. Artıq bu adamın şəxsiyyəti müəyyənləşib".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. O, qeyd edib ki, terrorçu olduğu iddia edilən şəxslə bağlı məlumatlar hələlik istintaqın gedişi ilə əlaqədar açıqlanmır.

Akbarjon Cəlilov
© Photo : A.Cəlilovun sosial şəbəkədəki profilindən
Akbarjon Cəlilov

Qırğızıstanın Moskvadakı səfirliyindən isə bildiriblər ki, hələlik Rusiya tərəfi Cəlilovla bağlı Bişkekə müraciət etməyib. Sputnik Qırğızıstan-ın məlumatına görə, terrorun təşkilində şübhəli bilinən şəxsin valideynləri dindirilir. Bu barədə Qırğızıstanın MTDK-nın mətbuat xidməti məlumat verib.

"Qanunvericiliyə görə, MTDK-nın əməliyyat-axtarış tədbirləri görmək səlahiyyəti var. Şübhəli şəxsin valideynləri və yaxınları sorğu-sual edilir" — deyə Qırğızıstan MTDK-dən bildiriblər.

Qeyd olunur ki, bu məsələ ilə dövlət komitəsinin Oş vilayət idarəsi məşğul olur. KİV terrorçu olduğu güman edilən Qırğızıstanın Oş vilayətinin sakininin fotolarını yayıb.

Sankt-Peterburq terrorunu törətməkdə şübhəli bilinən Akbarjon Cəlilov
© Photo : PUBLIC DOMAIN
Sankt-Peterburq terrorunu törətməkdə şübhəli bilinən Akbarjon Cəlilov

Qazaxıstan mediası isə terror aktını törədən şəxsin Qazaxıstan vətəndaşı ola biləcəyini ehtimal edir. Çünki partlayış baş verən yerdən Orta Asiya əsilli şəxsin meyiti tapılıb.

Qeyd edək ki, Rusiya və Qırğızıstan xarici işlər nazirləri Sankt-Peterburqda törədilən terror aktının icraçısı ilə bağlı məsələni müzakirə ediblər. Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, terroru törədən şəxs Qırğızıstan əsillidir.

Putin terror qurbanlarının xatirəsini anır
© Sputnik / Mikhail Klimentyev

"Lakin o, Rusiya vətəndaşlığını qəbul edib. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi də terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğunu təsdiqləyib" — deyə Abdıldayev bildirib.

Nazir terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığını söyləməyin hələ tez olduğunu bildirib. O, buna cavab vermək üçün xüsusi xidmət orqanlarının apardıqları işin başa çatmasını gözləmək lazım gəldiyini bildirib.

Sergey Lavrov isə sözügedən mətbuat konfransında, terrorçunun milliyyətinin olmadığını, terrorçuluğun bütün bəşəriyyətə və bütün dünya dinlərinə qarşı olduğunu deyib.

Xatırladaq ki, ötən gün Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Hadisənin terror aktı olduğu təsdiqlənib.

Əlaqədar

Azərbaycanlı qız Sankt-Peterburqdakı partlayışda həyatını itirdi
Azərbaycan XİN Peterburqdakı terror aktını pisləyib
Peterburqda terror aktında yaralananlar arasında azərbaycanlı var
Rusiyada terror qurbanlarının sayı artır
Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır
Teqlər:
MTDK, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi, kamikadze, partlayış, Qırğızıstan, metro, Sankt-Peterburq, Rusiya, terror

Əsas mövzular