13:08 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Haker, arxiv şəkli

Rusiya XİN-dən qeyri-adi 1 aprel zarafatı

© Sputnik / Anar Mustafayev
RUSİYA
Qısa URL
10210

"Rus hakerlərin xidmətlərindən yararlanmaq istəyirsinizsə 2-yə basın"

BAKI, 1 apr — Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi 1 aprel münasibətilə Facebook hesabında "Rusiyanın diplomatik nümayəndəlikləri üçün telesekretar" səs qeydini yayımlayıb.

Rusiyanın xaricdəki səfirliklərində istifadə edilən telesekretarın yamsılandığı səs qeydində bu ifadələr işlədilib:

"Diplomatlarımızın siyasi rəqiblərinizi aramasını istəyirsinizsə 1-ə, rus hakerlərin xidmətlərindən yararlanmaq istəyirsinizsə 2-yə, seçkilərə müdaxilə məsələsi ilə bağlı 3-ə basın və seçki kampaniyasının başlamasını gözləyin".

Bunun ardından "telesekretar"dakı səs "diqqət, xidmətin keyfiyyətini artırmaq üçün danışıqlarımız qeydə alınacaq" deyə əlavə edir.

Sözügedən səs qeydi rus və ingilis dillərində yayımlanıb.

Əlaqədar

Paytaxt əhalisi üçün 17 fevral zarafatı
İmişlidə yol polisi ilə möhkəm "zarafat" ediblər
Prezidentlə zarafat etdi, vəzifəsini itirdi
Klinton və Obama Twitter-də bir-biriləri ilə zarafat ediblər
Teqlər:
1 aprel zarafatı, Rusiyanın Xarici İşlər Nazirliyi, haker, Xarici İşlər Nazirliyi, Rusiya

Əsas mövzular