12:37 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
106 0 0

Asim Mollazadə: "Rusiya hökuməti heç vaxt bu təşkilata qarşı hansısa kəskin addımlar atmayıb"

BAKI, 1 apr — Sputnik. "Rusiyada fəaliyyət göstərən Ümumrüsiya Azərbaycanlıları Konqresi (ÜAK) ləğv olunarsa, bu, Rusiya dövləti tərəfindən Azərbaycana qarşı mənfi aksiya kimi qiymətləndirilə bilər".

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə ÜAK-ın ləğvi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Bu məlumatların araşdırılmasını vacib sayan deputat ümid edir ki, bu istiqamətdə Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən zəruri addımlar atılacaq: "Bu konqres uzun illərdir ki, Rusiyada fəaliyyət göstərir və o, Rusiyanın təşkilatıdır. Rusiya hökuməti heç vaxt bu təşkilata qarşı hansısa kəskin addımlar atmayıb. Bu məsələdə hansısa digər məqamlar var. Onlar araşdırılmalıdır".

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək, onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.

Əlaqədar

Asim Mollazadə: Cəbhədə baş verənlər təxribatdır
Asim Mollazadə: Parlament diplomatiyasından geniş istifadə edilməlidir
Asim Mollazadə Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşüb
Asim Mollazadə Azərbaycanın dünyadakı önəmindən danışdı
Teqlər:
Rusiyanın Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Milli Məclisin deputatı, Ümumrüsiya Azərbaycanlıları Konqresi, Asim Mollazadə, Rusiya

Əsas mövzular