01:19 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
433620

Dünyada və Azərbaycanda məzuniyyətlər neçə gündür?

BAKI, 28 mart — Sputnik. Rusiyanın Dövlət Dumasına əlavə məzuniyyətlə bağlı təkliflər daxil olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Dumaya məzuniyyətlərlə bağlı qanunvericiliyə 120 saat (5 sutka) əlavə məzuniyyətin salınması təklif edilib. Eyni zamanda, ödəniş şərtilə əlavə məzuniyyət müddətinin 3-15 gün aralığında müəyyənləşdirməsi də təkliflər arasındadır. 

Bəs dünyada və Azərbaycanda məzuniyyətlər neçə gündür? 

Qeyd edək ki, Filippində il ərzində cəmi 5 gün dincəlirlər. Yaponiyada birdəfəlik məzuniyyət götürmək axmaqlıq hesab edilir. Qanunla hər kəs 18 gün dincələ bilər. Amma yaponların əksəriyyəti, adətən ən çoxu 8 günlük istirahət götürür.

Fransada illik məzuniyyət 5 həftədir. Amma 39 saatlıq iş həftəsi olan işçilər üçün əlavə 2 həftə də istirahət imkanı verilir. İsraildə isə iş stajından asılı olaraq istirahət günləri 10-24 iş günü aralığındadır.

Hindistanda hər 20 iş gününə 1 gün məzuniyyət düşür. Bu, il ərzində 12 iş günü deməkdir. İtaliyada 20 iş günü və 12-13 gün də dövlət bayramları günü məzuniyyət hesab edilir və buna görə işçiyə pul ödənilir.

Yunanıstanda işçilərə cəmi 6 gün məzuniyyət verilir, o da əgər həmin şəxslər tək uşaq böyüdürlərsə. Böyük Britaniyada 28 iş günü və 8 dövlət bayramı günü işçilərə istirahət verilir və buna görə haqq ödənilir.

İsveçdə məzuniyyət demək olar ki, yoxdur. Sadəcə 50 yaşa çatmış şəxslər 1 günlük məzuniyyət götürə bilərlər. ABŞ-da da haqqı ödənilmiş məzuniyyət yoxdur. Kimsə məzuniyyət götürmək istəsə, bunu öz hesabına edə bilər. Rusiyada 28 iş günü məzuniyyət, 12 gün də bayram verilir.

Azərbaycanda əsas məzuniyyət işçinin fərdi əmək müqaviləsində (kontraktında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti "Məzuniyyətlər haqqında" qanunla tənzimlənir. Mülkiyyət növündən asılı olmayaraq, bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Kənd təsərrüfatı istehsalında çalışan işçilərə, müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə, xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

Hərbi qulluqçulara məzuniyyətlərin verilməsi onların xidmət etdikləri hərbi qurumların daxili nizamnamələri, həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri müvafiq olaraq 42- 56 təqvim günüdür.

İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər yaşı 16-dan az olan işçilərə 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 36 təqvim günüdür. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq (Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olan şəxslərdən başqa) bütün işləyən əlillərə əsas məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Azərbaycanda əməyin şəraitinə və xarakterinə görə əlavə məzuniyyətlər də nəzərdə tutulur.

Əmək stajına görə və uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər 3-9 iş günü aralığındadır. Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu hallar üzrə əlavə məzuniyyət hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil edilir.

Qeyd edək ki, Azərbaycanda qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir. İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən fərdi əmək müqavilələrinin (kontraktlarının) şərtləri etibarsız sayılır.

Əlaqədar

Məzuniyyətə nə vaxt çıxmaq lazımdır?
Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət 21 gün olacaq
İstifadə edilməyən məzuniyyətin ödənilməsi qaydaları müəyyənləşib
Teqlər:
məzuniyyət, ölkə, istirahət, , Dövlət Duması, Rusiya

Əsas mövzular