16:12 24 Sentyabr 2017
Canlı yayım
Balta, arxiv şəkli

Jurnalistlərə balta ilə hücum etdilər

© Sputnik / Anar Mustafayev
RUSİYA
Qısa URL
1412

Viktor Sokovıx 2017-ci il martın 16-da "Rossiya 1" telekanalının müxbirlərinin kabelsiz mikrofonunu zədə yetirib. Sonra isə dəmir balta ilə çəkiliş qrupunu hədələməyə başlayıb

BAKI, 20 mart — Sputnik. Rusiya İstintaq Komitəsi Yelets şəhərinin keçmiş merinin hərəkətləri ilə bağlı cinayət işi qaldırıb.

Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir. 

Məlumata görə, Yeletsin keçmiş meri Viktor Sokovıx 2017-ci il martın 16-da "Rossiya 1" telekanalının müxbirlərinin kabelsiz mikrofonunu zədə yetirib. Sonra isə dəmir balta ilə çəkiliş qrupunu hədələməyə başlayıb. 

İstintaq Komitəsi jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq maddəsi ilə iş qaldırıb. Meri 6 ilədək həbs gözləyir. 

Jurnalistlər Sokovıxın qohumlarının da şübhəli bilindiyi narkotik alverinə dair cinayət işi  ilə bağlı ondan açıqlama almaq istəyirmişlər. 

Əsas mövzular