15:09 28 İyul 2017
Canlı yayım
Yoxsulluq

Yeni əhali təbəqəsi: işləyən yoxsullar

© Flickr/
RUSİYA
Qısa URL
12031

Baş nazirin müavini: "Əgər insan bir ay işləyib belə maaş alırsa, hansı əmək məhsuldarlığından danışmaq olar?"

BAKI, 19 mart — Sputnik. Hazırda Rusiyada qeydə alınan yoxsulluq, işləyən əhalinin yoxsulluğudur. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə RF baş nazirinin müavini Olqa Qolodes bəyan edib.

Rusiyada 2016-cı ildə orta maaş 36,7 min rubl (610 dollar) olub. 

Qolodesin sözlərinə görə, Rusiya iqtisadiyyatında minimal əmək haqqı səviyyəsində 4,9 milyon nəfər çalışır. "Əgər insan bir ay işləyib belə maaş alırsa, hansı əmək məhsuldarlığından danışmaq olar?" — Qolodes bəyan edib.

Onun sözlərinə görə, Rusiyada unikal hal müşahidə edilir: işləyən yoxsullar.

"İşləyən yoxsullar ümumiyyətlə sosial sahədə unikal haldır. Bizdə təsnifatla ayda 7500 rubl (125 dollar) maaşa layiq ümumiyyətlə ixtisas yoxdur" — baş nazirin müavini bildirib.

Rusiyada əmək qabiliyyətli insanlar üçün yaşayış minimumu 10 min 524 rubldur (176 dollar).

Əsas mövzular