Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya vətəndaşlığı almaq istəyənlərin nəzərinə

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМосковский Кремль
Московский Кремль - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Duması “sabiq həmvətənlər”ə öz vətənlərini qaytarmaq istəyir

BAKI, 14 mart — Sputnik. Rusiyanın hakim partiyası “Yedinaya Rossiya”dan olan deputatlar Konstantin Zatulin və Natalya Poklonskaya Dövlət Dumasına vətəndaşlıq qazanmaq üçün “qanun bazası” təklif ediblər. 

Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadla verdiyi məlumata görə, bu qanun layihəsi dilindən, milliyyətindən, irqindən, doğulduğu yerdən asılı olmayaraq hər kəsə vətəndaşlıq qazanmaq imkanı yaradacaq. 

Zatulin və Poklonskaya təklif ediblər ki, Rusiya imperiyasında və sabiq Sovetlər İttifaqında doğulanların və yaşayanların nəsillərinin nümayəndələrinə, xələflərinə Rusiya vətəndaşlığı verilsin. 

İmzalanma - Sputnik Azərbaycan
RUSİYA
“Rusiya və Türkiyə arasında vacib sənədlər imzalana bilər”

Millət vəkilləri rus dili daşıyıcıları kateqoriyasına keçmiş Rusiya İmperiyası və SSRİ ərazisində anadan olanları, həmçinin Rusiyada anadan olan şəxslərlə birinci dərəcəli qohumluğu olanları aid edəcəklər. Bu şəxslər Rusiya ərazisində başqa ölkənin vətəndaşlığından imtina etməklə bağlı sənədə imza atmadan daimi şəkildə yaşaya biləcəklər.

Misal üçün Ukrayna, Latviya və Estoniya beynəlxalq normalara istinad edərək belə sənədləri verməkdən imtina edir. Beynəlxalq normalara görə, heç kəs hətta müvəqqəti də olsa, vətəndaşlıqdan kənar qala bilməz. Rusiya isə onun vətəndaşlığını seçən insanlar üçün bu dairəni qapatmır. Onların qarşısında yalnız Rusiya vətəndaşlığını seçmək tələbi qoyulmur. 

Deputatların hazırladıqları sənəddə "Rusiya Federasiyası vətəndaşlığı haqqında” və “Xarici vətəndaşların Rusiyadakı hüquqi vəziyyəti haqqında” qanunlara düzəliş edilməsi təklif olunur.

Artıq Rusiya Dumasının Millətlərlə İş üzrə Komitəsi rus dilini bilən şəxslər üçün Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qanun layihəsini təsdiq edib. 

Sözügedən qanun layihəsinin, tezliklə, Dumada səsverməyə çıxarılacağı gözlənilir. 

Портрет на могиле постоянного представителя РФ при ООН Виталия Чуркина, фото из архива - Sputnik Azərbaycan
ABŞ rusiyalı diplomatın ölüm səbəbini açıqlamayacaq

Mövcud Rusiya qanunvericiliyinə görə, hazırda Rusiya vətəndaşlığını bir neçə kateqoriyadan olan şəxslər ala bilər. Xarici ölkə vətəndaşları Rusiya iqtisadiyyatına 10 mln. rubl investisiya qoyaraq dərhal vətəndaşlıq əldə edə bilərlər. 

Rusiya hüquqi şəxsinin nizamnamə kapitalında payları 10%-dən az olmayan investorlar da bu ölkənin vətəndaşlığını qazana bilərlər.

Rusiya kolleclərini və ali məktəblərini bitirən, bu ölkədə 3 ildən az olmamaq şərtilə işləyən xarici ölkə vətəndaşlarına da vətəndaşlıq verilir. Bunun üçün onlar təhsil aldıqları müddətdə də işləyə bilərlər. Hətta onlar təhsillərini başa çatdırana qədər də vətəndaşlıq ala bilərlər. 

Qeyd edək ki, hazırda Rusiya xarici ölkə vətəndaşları üçün ölkə universitetlərində pulsuz təhsil proqramı həyata keçirir. Bu proqram çərçivəsində təhsil alan əcnəbilərin Rusiya vətəndaşlığını qazanmaq və xarici ölkələrdə Rusiyanı təmsil etmək hüququ olacaq. 

Xəbər lenti
0