Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kosmonavt olmaq istəyənlərin nəzərinə!

© Photo : RosKosmos / Mediabanka keçidВыход в открытый космос российских космонавтов
Выход в открытый космос российских космонавтов - Sputnik Azərbaycan
Abunə olmaq
Kosmonavtların seçimində seksizm və rasizm olmayacaq

BAKI, 14 mart — Sputnik. Rusiyada yeni kosmonavtların seçimi zamanı namizədlərin cinsi və dərisinin rəngi heç bir rol oynamayacaq. Vacib olan yüksək ixtisasa yiyələnməkdir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu bu gün “Roskosmos” pilot proqramının icraçı direktoru Sergey Krikalyov bildirib. 

Kosmonavtların toplanması kampaniyasına bu gün start verilib. 

“Gələcək kosmonavtların seçilməsi zamanı dərinin rənginə fikir verilməyəcək və cinsi bölgü olmayacaq” – deyə Krikalyov bildirib. 

Onun sözlərinə görə, yığımın ilkin mərhələsi qiyabi olacaq. Bu mərhələdə sənədlər qəbul olunacaq. Bütün lazımi sənədlərin siyahısı Kosmonavtları hazırlama mərkəzinin saytında dərc olunacaq.

"Namizədin yaşı 35-dək olmalıdır. Namizəd sağlam, ali təhsilli olmalıdır. Növbəti mərhələdə ixtisas, öyrənmə bacarığı, texniki savad yoxlanılacaq" — Krikalyov deyib.

Xəbər lenti
0