Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran məhsulları Rusiya bazarına ayaq açır

© sco-russiaİran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putin
İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Andrey Luqanski: "Bu görüşdə bir çox məsələlər müzakirə olunacaq"

BAKI, 14 mart — Sputnik. "Enerji və ərzaq məhsullarının Rusiyaya ixracı cənab Ruhaninin Moskvaya səfərində gündəmə gələ bilər". Sputnik xəbər verir ki, bunu Rusiya Ticarət Palatasının İrandakı nümayəndəsi Andrey Luqanski deyib.

"Bildiyimiz kimi, martın 28-də İran prezidenti Rusiyaya rəsmi səfər edəcək. Onun cənab Vladimir Putinlə geniş tərkibdə görüşü gözlənilir. Bu görüşdə bir çox məsələlər müzakirə olunacaq. Əsas da, İranın enerji və ərzaq məhsullarının Rusiyaya ixracı məsələsi geniş müzakirə edilə bilər. Bu, olduqca önəmlidir" — deyə A. Luqanski bildirib.

Xəbər lenti
0