05:43 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Rusiyanın indiki XİN-i Sergey Lavrov, sabiq nazirlər Yevgeni Primakov və İqor İvanov

Rusiyanın son üç xarici işlər nazirini Qafqaz və Azərbaycanla nə bağlayır?

vestikavkaza
RUSİYA
Qısa URL
18621

Rusiya xarici siyasət idarəsinin keçmiş başçısı İqor İvanovun atası Sergey Yemelyanoviç İvanov uzun illər Azərbaycanın Saatlı rayonunda yaşayıb

BAKI, 15 fev — Sputnik. Bu təsadüfi olub, ya yox, Rusiyanın xarici siyasət idarəsinə ötən əsrin 90-cı illərindən başlayaraq indiyə kimi rəhbərlik edən hər üç şəxsin uşaqlığı Qafqazla birbaşa bağlıdır. 

Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, 1996-1998-ci illərdə Rusiya XİN-ə rəhbərlik etmiş Yevgeni Primakov Kiyevdə anadan olsa da, onun uşaqlıq və gənclik illəri Tbilisidə keçib. ХХ əsrin sonlarında qələmə aldığı memuarlarında o yazıb:  “Mən Tbilisidə böyümüşəm, bu şəhəri, bu ölkəni çox sevirəm. Mənə bir günün içində təyyarəyə oturub ora uçmaq və geri qayıtmaq çox çətindir. XİN-in rəhbəri postundan gedəndən sonra mütləq bunu edəcəyəm”. 

Председатель ТПП России Е. М. Примаков
РИА Новости

Primakov Bakını da özünün doğma şəhəri hesab edib. 1944-cü ildə o, Bakı hərbi-dəniz hazırlıq məktəbinə daxil olub. Primakov öz xatirələrində yazır: “Yeddinci sinfi bitirəndə anama dedim ki, Bakı hərbi-dəniz hazırlıq məktəbinə daxil olmaq istəyirəm. Anam fikrimi dəyişməyi məsləhət bildi, amma sonra buraxdı. Düzünü desəm, mən məktəbdə iki asan olmayan il keçirdim, “Pravda” təlim gəmisində təcrübə keçdim. Adaptasiyanın bütün çətinlikləri arxada qalandan sonra səhhətimdə problemlər yaranmağa başladı. Məndə ağ ciyər vərəminin ilkin mərhələsi aşkarlandı”. 

2004-cü ildən Rusiya diplomatiyasına rəhbərlik edən Tbilisi ermənisinin övladı Sergey Lavrov özünün Qafqaz əsilli olmasını heç gizlətmir də. 2005-ci ildə Rusiya-Ermənistan Slavyan Universitetinin tələbələri ilə keçirilən görüşdə tələbələrdən biri Lavrovdan soruşmuşdu ki, erməni əsilli olması ona işində fayda verirmi? Bu suala cavabında Lavrov deyib: “Mənim köklərim ümumiyyətlə gürcüdür, atam Tbilisidəndir, qanım isə əsl erməni qanıdır”. 

Lavrovun XİN rəhbəri postundakı sələfi İqor İvanov Moskvada anadan olub. Amma yeddi yaşına – Suvorov məktəbinə daxil olana qədər Gürcüstanda yaşayıb. Onun anası Eliko (Yelena) Saqiraşvili Pankisi dərəsindəki Axmeta kəndinin sakini olub. 

“Biz beş uşaq olmuşuq: ən böyüyümüz Eliko 1909-cu ildə anadan olub. Mən isə evin kiçiyi idim, 1925-ci ildə anadan olmuşam” – deyir İqor İvanovun dayısı Levan Davidoviç Saqiraşvili. 

“Eliko xüsusi qabiliyyətlərə malik idi. Onu Moskvaya oxumağa göndərdilər. O, orada Sergey İvanoviçlə tanış oldu və onlar evləndilər. Onların uşaqları İqor və Nina böyüyənə qədər hər il yayda mənim yanımda yaşayırdılar. Eliko milis mayoru rütbəsinə qədər yüksəlib. O, Moskvanın Sovet rayonu DAM-nın rəisi olub” — Levan Davidoviç əlavə edir.

Yelena Davidovna 1982-ci ildə Moskvada vəfat edib və onu elə oradaca dəfn ediblər. İqor İvanovun atasına gəlincə, deyilənə görə, o, nə vaxtsa Azərbaycanda yaşayıb və elə orada da vəfat edib. Sabiq xarici işlər nazirinin sənədlərində atası barədə ətraflı məlumat yoxdur. Sadəcə yazılıb: “Sergey İvanov – hərbi qulluqçu, polkovnik”. Bununla yanaşı, “Kommersant”ın məlumatına görə, İvanovun atasını Sergey Vyaçeslavoviç deyə çağırırmışlar, amma “Rossiya dlya vsex” portalının məlumatına görə, o, əslində Sergey Yemelyanoviçdir. Sonuncu iddia təsdiqlənməyib, sadəcə qeyri-rəsmi məlumatdır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Sergey Yemelyanoviç İvanov uzun illər Azərbaycanın Saatlı rayonunda yaşayıb və 1975-ci ildə burada dəfn edilib. Böyük Vətən Müharibəsi dövründə İvanov dəmiryol infrastrukturunun bərpası işlərində iştirak edib. 1943-cü ildə bu sahə hərbiləşdirildiyi üçün, İvanov dəmiryol qoşunlarında xidmət etməyə gəlib və burada zabit rütbəsi alıb. Azərbaycana gələrkən o, dəmiryolçular üçün tikilmiş evdə məskunlaşıb. Sergey Yemelyanoviçin Saatlıda başqa ailəsi olub. 

“Eşitmişdim ki, onun başqa qadından oğlu var və o, yüksək dövlət vəzifəsində işləyir. Amma Sergey özü bu barədə heç vaxt danışmayıb və biz də heç nə soruşmamışıq. O, daha çox müharibədən, mütaliə etdiyi kitablardan danışırdı. Şən, zarafatcıl, eyni zamanda, kövrək adam idi. İndiki kimi yadımdadır: qızım müharibə barədə şeir deyəndə, gözləri dolmuşdu…" — deyə Saatlı sakini Müzəffər Məmmədov bildirir. 

Yerli sakinlər həmçinin deyirlər ki, 1960-cı ildə İqor İvanov Bakıya gəlib və atası ilə görüşüb. Sergey Yemelyanoviç öləndə İqor Sergeyeviç uzaqda idi, SSRİ-nin İspaniyadakı səfirliyində işləyirdi. 

“Buraya bundan әvvәl gәlmәk lazım olduğu barәdә öz ünvanıma söylәnilmiş tәnqidi tamamilә qәbul edirәm. Bunun tәәssüf ki, nә üçün baş tutmadığının sәbәblәrini axtarmaq fikrindә deyilәm" – İqor İvanov 1999-cu ilin sentyabrın 2-də Rusiyanın xarici işlər naziri kimi Bakıya səfərindəki çıxışı zamanı deyib. Onun bu sözlərlə həmin vaxt Qafqazda baş verənlərə operativ reaksiya verməməsini nəzərdə tutub-tutmadığı tapmaca olaraq qalır. 

Əlaqədar

Rus nazirin atasının qəbri Saatlıda aşkarlandı
Sergey Lavrovdan Putinə qeyri-adi təklif
Teqlər:
Böyük Vətən Müharibəsi, SSRİ-nin İspaniyadakı səfirliyi, Rusiya-Ermənistan Slavyan Universiteti, Müzəffər Məmmədov, İqor İvanov, Sergey Yemelyanoviç İvanov, Yevgeni Primakov, Sergey Lavrov, Tbilisi, Moskva, Rusiya, Azərbaycan, Bakı

Əsas mövzular