Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azər Talıbov Rusiyada nazir müavini təyin edildi

© Sputnik / Владимир Песня / Mediabanka keçidСитуация у СК РФ и Минэкономразвития в связи с задержанием А. Улюкаева
Ситуация у СК РФ и Минэкономразвития в связи с задержанием А. Улюкаева - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya baş naziri Dmitri Medvedev həmyerlimiz Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

BAKI, 31 yan — Sputnik. Rusiyada azərbaycanlı nazir müavini təyin edilib.

RİA Novosti-nin verdiyi xəbərə görə, Rusiya baş naziri Dmitri Medvedev həmyerlimiz Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

Rusiya baş nazirinin müvafiq sərəncamı bu gün hökumət saytında dərc olunub.

"Talıbov Azər Mütəllim oğlunun Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilsin" sənəddə bildirilir.

Azər Talıbov 1979-cu ildə Moskva şəhərində doğulub. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Xəbər lenti
0