Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Trampla Putin hər şeydən danışıb, sanksiyalardan başqa

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentlərin müzakirə etdikləri əsas mövzular sırasında beynəlxalq terrorçuluğu qarşı mübarizə, həmçinin Suriya və Ukrayna problemləri olub

BAKI, 29 yan — Sputnik. Dünən ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub. Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər arasında 45 dəqiqə davam edən telefon danışığında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi və mövcud soyuqluğun aradan qaldırılması imkanları müzakirə olunub.

Prezidentlərin müzakirə etdikləri əsas mövzular sırasında beynəlxalq terrorçuluğu qarşı mübarizə, həmçinin Suriya və Ukrayna problemləri olub. Lakin Tramp və Putin, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması məsələsinə toxunmayıblar.

Xəbər lenti
0