BAKI, 24 yan — Sputnik. Rusiya, Türkiyə və İran Astanada keçirilən danışıqlarda Suriyada atəşkəsin pozulması hallarını nəzarətdə saxlamaq üçün, üçtərəfli monitorinq qrupu yaratmaq barədə razılığa gəlib. Sputnik xəbər verir ki, bu mexanizm əvvəlkindən fərqli olaraq, ən xırda atəşkəs pozuntularını da qeydə alaraq, qarşıdurma tərəflərinə təzyiq göstərmək imkanına malik olacaq. Günün sonunda qəbul ediləcək yekun bəyanatda bu mexanizmin də yer alacağı qeyd olunub.