Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sankt-Peterburqda azərbaycanlı bıçaqlanıb

© Sputnik / Murad OrujovПриставленный к горлу нож, фото из архива
Приставленный к горлу нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sankt-Peterburqun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib

BAKI, 22 yan — Sputnik. Sankt-Peterburq polisi şəhərin Frunze rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.

"Report" xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə "təcili yardım" çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Xəbər lenti
0