Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şok iddia: Trampın seks videosu Putinin əlindədir

© AP Photo / Evan VucciDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaya görə, Trampın qaldığı otelə gizli kamera yerləşdirilib və onun nikahdankənar cinsi əlaqələrini əks etdirən video-görüntülər Rusiya liderinə çatdırılıb

BAKI, 12 yan — Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasına sayılı günlər qalıb. Lakin dünən yerli mətbuatda yayılan xəbər ölkə və dünya gündəmini bir anda dəyişib.

General Ceyms Mettis - Sputnik Azərbaycan
Tramp Putinin qatı düşməninə vəzifə verir

Sputnik İndependent-ə istinadən xəbər verir ki, Donald Tramp Moskvada olarkən, qaldığı otelə gizli kamera yerləşdirilib və onun nikahdankənar cinsi əlaqələrini əks etdirən video-görüntülər şəxsən prezident Vladimir Putinə çatdırılıb. "Məhz bu səbəbəbdən də, Rusiyanın rəsmi dairələri Donald Trampın prezident seçilə bilməsi üçün var gücləri ilə Amerikada gizli kampaniyalar yürüdürdülər" — deyə qəzetində məlumatında bildirilir.

Ortaya atılan iddialara sərt reaksiya göstərən Tramp, özünün "Twitter" hesabından mesaj paylaşıb: "Çox saxta və iyrənc iddialardır. Bu, tamamilə siyasi cadugərlikdir".

Mövzu ilə bağlı Kremldən hələlik heç bir açıqlama verilməyib.

Xəbər lenti
0