03:00 24 Yanvar 2017
Canlı yayım
Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak

Trampdan Putinə mühüm jest

© AP Photo/ Cliff Owen
RUSİYA
Qısa URL
3404 0 0

Rusiya səfiri ABŞ Prezidentinin inauqurasiyasında iştirak edəcək

BAKI, 10 yan — Sputnik. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı özünün inauqurasiya (andiçmə) mərasiminə dəvət edib. Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfirin Trampdan dəvət məktubu aldığı barədə informasiyanı Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidməti yayıb.

ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp
© AP Photo/ Pablo Martinez Monsivais

"Təcrübəyə və protokol qaydalarına əsasən, ABŞ prezidentinin inauqurasiyasına xarici səfirlər də dəvət olunur. Rusiya səfiri Sergey Kislyak Amerika tərəfindən belə bir dəvətnamə alıb. Səfir bu mərasimdə iştirak edəcək" — deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin bildirib.

ABŞ-ın 45-ci prezidentinin inauqurasiyası yanvarın 20-də keçiriləcək. Mərasim yerli vaxtla saat 12.00-da Konqres binasının yerləşdiyi Kapitolidə olacaq.

Trampın inauqurasiya nitqini şəxsən özünün yazmağı planlaşdırdığı bildirilir. Mərasimdə 2-3 milyon adamın iştirakı gözlənilir.

Əlaqədar

Donald Trampdan İsrailə "güclü ol" çağırışı
Donald Tramp Barak Obama barədə yanıldığını açıqlayıb
İsrailin baş naziri Trampdan nə xahiş etdi?
Tramp Putinin qatı düşməninə vəzifə verir
Donald Tramp bu ölkənin rəhbərini "əla oğlan" adlandırıb
Donald Trampın qələbəsi təsdiqləndi
Teqlər:
inauqurasiya, Sergey Kislyak, məktub, Donald Tramp, Rusiya, ABŞ, dəvət, səfir, prezident

Əsas mövzular