Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"ABŞ dağıtdığı Yer kürəsində başqa hansı iz qoyub?"

© AFP 2023 / Dimitar DILKOFFABŞ ordusu
ABŞ ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Frants Klintseviç: "ABŞ İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya atom bombası atdı, Drezden şəhərini yerlə bir etdi və çox yaxın tarixdə İraqı işğal etdi"

BAKI, 5 yan — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Con Brennan Rusiyanı, Suriyada "dağıdıcı" fəaliyyət yürütməkdə ittiham edib. O, rus hərbçilərin mülki əhali-əsgər ayırımı etmədən, günahsız suriyalıları qətlə yetirdiklərini deyib.

© Sputnik / Yana LapikovaFrants Klintseviç
Frants Klintseviç - Sputnik Azərbaycan
Frants Klintseviç

Sputnik xəbər verir ki, Con Brennanın açıqlamasına Moskvadan cavab gecikməyib. Ria Novosti xəbər agentliyinə danışan Rusiya parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini Frants Klintseviç Amerikanın ünvanına sərt ifadələr işlədib.

"ABŞ İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya atom bombası atdı, Drezden şəhərini yerlə bir etdi və çox yaxın tarixdə İraqı işğal etdi. Bir sözlə Amerika dövləti yandırılıb yox edilmiş, dağıdılmış yer kürəsindən başqa nə iz qoydu?", — Frants Klintseviç bildirib.

Rus siyasətçi, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Con Brennanın Rusiyanı ittiham elədiyi bütün hadisələri Amerika ordusunun törətdiyini deyib.

Xəbər lenti
0