21:52 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
332 0 0

Mövlud Çavuşoğlu: "Həm rejim, həm də müxaliflər tərəfdən vuruşan bütün qruplar silahlarını yerə qoyacaq"

BAKI, 29 dek — Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyadakı proseslərlə bağlı diqqətçəkən açıqlamalar verib. Sputnik bu barədə Timeturk-ə istinadən məlumat verir. "Rusiya və Türkiyə Suriyada atəşkəsin pozulmamasında qarant dövlətlər olacaq", — nazir deyib.

Daha sonra o, əlavə edib: "Müxaliflərlə rusları görüşdürdük. İmzalanacaq sənədə müxalifət adına biz zamin durduq. Atəşkəsi müxaliflərin pozmayacağına dair Ankara zəmanət verir. Bəs Əsəd rejimi adına kim qarant duracaq? Əlbəttə Rusiya. Necə ki, biz suriyalı müxaliflərlə silahların susması üçün müqavilə bağlayacağıq, eyni müqaviləni Rusiya da Bəşər Əsəd rejimi ilə bağlayacaq".

Çavuşoğlunun sözlərinə görə, atəşkəsə riayət edilməsi, bunu ölkə miqyasında yayılması və siyasi müzakirələrin başlamasına Ankara və Moskva zamin duracaq: "Həm rejim, həm də müxaliflər tərəfdən vuruşan bütün qruplar silahlarını yerə qoyacaq. Rejimin yanında duran Hizbullah da bura aiddir. Hizbullah-ın atəşkəsi pozmayacağına dair də İran məsuliyyəti öz üzərinə götürüb".

Yaxın vaxtlarda Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan "Suriya danışıqları"nın Türkiyənin nəzarətində baş tutacağını bildirən Mövlud Çavuşoğlu qeyd edib ki, Bəşər Əsəd artıq bundan sonra ölkədə birlik və bərabərliyi təmin edə bilməyəcək: "Bəşər Əsədin özü ilə heç bir danışıq olmayacaq".

Nazir çıxışının sonunda Amerikanın ünvanına sərt ismarıc da göndərib. Vaşinqtonu terrora dəstək verməkdə təqsirləndirən nazir, "Bu günə qədər ABŞ, PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-yə silah verib. Bunu dəqiq bilirik. Vəssalam" deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Birləşmiş Ştatların ünvanına sərt sözlər işlədib. O, Ağ Ev rəhbərliyini Suriya və İraqda terrorçuluğu yaymaqla günahlandırıb. Ərdoğanın bəyanatını şərh edən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə, Türkiyə prezidentinin dediklərini "gülünc" adlandırıb.

Əlaqədar

Suriyalı uşaqlarla bağlı gözyaşardıcı video yayıldı
Suriyada şəhid olan türk əsgərinin sayı 16-ya çatıb
Suriya böhranına dair ortaq bəyannamə qəbul edildi
Türk ordusu Suriyada daha bir şəhid verdi
"Suriya zirvəsi"nin vaxtı dəyişdi
"Suriyanın bərpası üçün 180 milyard dollar lazımdır"
Teqlər:
Moskva, Ankara, Əsəd, müxaliflər, rejim, sülh, atəşkəs, Rusiya, Suriya, Mövlud Çavuşoğlu, xarici işlər naziri, Türkiyə

Əsas mövzular