01:20 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
В.Путин встретился с Г.Киссинджером

Henri Kissincer Vaşinqtonla Moskva arasında vasitəçi olacaq

© Sputnik / Алексей Никольский
RUSİYA
Qısa URL
3101

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Ağ Evlə Kreml arasında vasitəçi rolunu oynayacaq

BAKI, 26 dek — Sputnik. Donald Trampın hakimiyyəti dövründə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Ağ Evlə Kreml arasında vasitəçi rolunu oynayacaq, o cümlədən Ukraynada vəziyyətin nizamlanması planının tərtibində iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Bild” qəzeti ABŞ-ın yeni seçilmiş prezidentinin komandasındakı mənbəyə istinadən yazıb.

“Kissincer ABŞ ilə Rusiya arasında vasitəçi olmalıdır. Tramp Kremlə yaxınlaşmağa can atır”, yazan qəzet Kissincerin soyuq müharibə təhlükəsi və Trampın Çin rəhbərliyi ilə mürəkkəb münasibətləri fonunda sabiq dövlət katibinin təcrübəsinin mühümlüyünü qeyd edir.  

“Kissincer Putini Berlin divarının uçurulması dövründən tanıyır. O, Rusiya lideri ilə mütəmadi olaraq görüşən nadir amerikalılardan biridir”, qəzet yazıb. 

Əsas mövzular