Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qəzaya uğrayan təyyarənin komandirinin cəsədi tapılıb

© Sputnik / Nina Zotina / Mediabanka keçidПродолжаются поиски тел погибших в авиакатастрофе Ту-154 в Сочи
Продолжаются поиски тел погибших в авиакатастрофе Ту-154 в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar.

BAKI, 26 dek — Sputnik. Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.

Bu barədə RIA Novosti məlumat verir.

“Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə məlumatda bildirilir.

Dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.  

Xəbər lenti
0