Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada terror həyacanı: metrostansiyalar bağlandı

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidRusiya polisi, arxiv şəkli
Rusiya polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda stansiyalarda polis əməliyyat-axtarış tədbirləri həyata keçirir

BAKI, 26 dek — Sputnik. Rusiyanın paytaxtı Moskvada bomba həyəcanı verilib. Daxili işlər orqanlarına gələn naməlum zənglərdən sonra rus polisi təcili hərəkətə keçib. "Kazan", "Yaroslavl" və "Leninqrad" metrostansiyalarından 3 min nəfər evakuasiya edilib.

Sputnik xəbər verir ki, RİA Novosti agentliyinə danışan bir rəsmi şəxs deyib: "Metrolarda bomba yerləşdirilməsi ilə bağlı bir neçə dəfə telefon zəngləri edilib. Və bunun üzərinə Kazan və Leninqrad qatar stansiyalarının hər birindən, təxminən min adam evakuasiya olunub. Yaroslav qatar stansiyasında da 750 sərnişin çölə çıxarılıb".

Hazırda sözügedən qatar stansiyalarında polisin bomba axtarış əməliyyatı davam edir.

Xəbər lenti
0