09:56 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
RUSİYA
Qısa URL
605250

Rusiya Prezidenti: "Səfirin öldürülməsi Rusiya-Türkiyə münasibətlərini pozmağa yönəlik cəhddir"

BAKI, 23 dek — Sputnik. "Mən bizim təyyarənin Türkiyə hakimiyyətinin sanksiyası olmadan vurulmasına skeptik yanaşmışdım. Amma səfirin ölümündən sonra, fikrim dəyişib, artıq inanmağa başlayıram ki, hər şey ola bilər".

Bu sözləri, hazırda mətbuat-konfransı keçirən Rusiya prezidenti Vladimir Putin, Sputnik-in Rusiya-Türkiyə münasibətlərinə dair sualını cavablandırarkən deyib. "Karlovun öldürülməsi Rusiya-Türkiyə münasibətlərini pozmağa yönəlmiş bir addım idi." — deyə Putin bildirib.

O, səfirin öldürülməsinin Türkiyə-Rusiya münasibətlərinə maneə yaratmayacağını bildirib.

Xatırladaq ki, ötən ilin noyabrında Türkiyənin hava sərhədini pozduğu iddia olunan Rusiyanın "Su-24" qırıcısı türk hərbçilər tərəfindən vurulub. Nəticədə rus pilotlardan biri təyyarədə həlak olub. Katapult edən ikinci pilotun isə qeyri-qanuni silahlı birləşmələrin üzvü olduğu güman edilən Alparslan Çelik tərəfindən öldürüldüyü iddia edilir.

Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfinin bu addımını "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdi. İyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pilotların ailəsindən üzr istəməsindən sonra, iki ölkə arasında münasibətlər düzəlməyə başlayıb.

Dekabrın 19-da isə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada müasir sənətlər mərkəzindəki bir rəsm sərgisinin açılışında məruz qaldığı silahlı basqın nəticəsində öldürülüb.

Əlaqədar

Vladimir Putin İlham Əliyevi təbrik etdi
Putinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir
Putin təcili göstəriş verdi
Vladimir Putin: "Rusiya istənilən aqressordan güclüdür"
Putinin illik mətbuat konfransında 1437 jurnalist iştirak edəcək
Ərdoğan Putinin tarixi təklifi ilə razılaşdı
Teqlər:
münasibət, təyyarə, Vladimir Putin, Rusiya, Türkiyə, səfir

Əsas mövzular