BAKI, 21 dek — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi faktını 120 nəfərlik qrup araşdıracaq. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Andrey Karlovun öldürülməsi ilə bağlı istintaqı türkiyəli səlahiyyətlilərlə birgə icra edən rusiyalı nümayəndə heyəti, hadisə baş verən ərazidə araşdırma aparır.