Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Səfirin öldürülməsinin arxasında ABŞ dayanır? - Rəsmi açıqlama gəldi

© AFP 2023 / Paul J. RichardsABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Con Kirbi: "İstintaq bitmədən edilən erkən dəyərləndirmələr heç kimə fayda gətirməz. Əksinə, əlaqələri korlayar"

BAKI, 20 dek — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, Rusiyanın Ankaradakı səfirinin öldürülməsi hadisəsinin arxasında Amerikanın olduğu iddialarına sərt reaksiya göstərib. Sputnik bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat verir.

Azərbaycan XİN - Sputnik Azərbaycan
Azərbaycan XİN: "Günahkarların öz layiqli cəzalarını alacaqlarına əminik"

Gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Con Kirbi deyib ki, istintaq işi bitmədən edilən erkən dəyərləndirmələr heç kimə fayda gətirməz: "Səfir Andrey Karlovun ölümündən ciddi kədər duyduğumuzu və hadisəni qınadığımızı bildirmək istəyirəm. Təəssüf ki, bu hadisənin arxasında Amerikanın dayandığını iddia edən bəzi xəbərlər oxuduq".

"Guya Andrey Karlov Amerikanın dəstəklədiyi və hazırda Pensilvaniyada yaşayan Fətullah Gülənin əmri il öldürülüb. Ancaq bir şeyi unutmaq olmaz ki, istintaq bitmədən edilən erkən dəyərləndirmələr heç kimə fayda gətirməz. Əksinə, əlaqələri korlayar", — spiker vurğulayıb.

Xəbər lenti
0