Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dini telekanal açılır

CC0 / HolgersFotografie / pultTelevizora baxan adam. Arxiv şəkli
Televizora baxan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kanal ilk mərhələdə rus dilində yayımlanacaq. Sonra isə ingilis və ərəb dillərində də yayım ola bilər.

BAKI, 19 dek — Sputnik. Rusiya Federasiyası Müftilər Şurasının sədri Ruşan Abyasov, yaxın vaxtlarda İslam dinini təbliğ edən yeni telekanalın açılacağını deyib. Sputnik Rusiya KİV-nə istinadən xəbər verir ki, o, hazırda müsəlman peyk telekanalının yaradılması üzərində işlədiklərini söyləyib.

Hazırda layihə danışıqlar mərhələsindədir və gələn il telekanalın test rejimində işə başlaması planlaşdırılır. "Kanal ilk mərhələdə rus dilində yayımlanacaq. Ancaq sonraki mərhələdə ingilis və ərəb dillərində də yayım ola bilər", — Ruşan Abyasov əlavə edib.

Xəbər lenti
0