Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi pis vəziyyətə düşüb

© AFP 2023ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi,arxiv şəkli
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
MKİ Rusiyanın, guya prezident seçkilərində Donald Trampa kömək üçün haker hücumları təşkil etməsi faktını sübut edə bilmir

BAKI, 13 dek — Sputnik. ABŞ Milli Kəşfiyyatının Direktor İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin, Rusiyanın prezident seçkilərində Donald Trampa kömək üçün haker hücumları təşkil etməsi haqda fikirlərini dəstəkləməyib. Bu haqda RİA Novosti bu barədə "Reuters"ə istinadən xəbər verir.

General Con Kelli - Sputnik Azərbaycan
ABŞ kəşfiyyatı bu adama həvalə ediləcək

Əvvəllər ABŞ KİV-lərində, respublikaçı Donald Trampın qələbəsini təmin etməyə çalışan rus hakerləri barədə məlumatlar yayılırdı. Jurnalistlər bu haqda çoxsaylı məqalələrində Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) istinad edirdilər.

Lakin Milli Kəşfiyyatın Direktor İdarəsi MKİ-nin Rusiya hakerlərinin əməliyyatları üzrə analizini inkar etmir. Onların bu fikri dəstəkləməməsinin səbəbi isə bu hücumların, məhz Donald Trampı dəstəkləmək üçün olduğunun sübut olunmamasıdır.

"Milli Kəşfiyyatın Direktor İdarəsi Mərkəzi Kəşfiyyat İdarəsinin səhv etdiyini demir. Məsələ ondadır ki, MKİ öz niyyətini sübut edə bilmir", — deyə agentliyin mənbəsi bildirib.

"Reuters" yazır ki, Federal Təhqiqatlar Bürosu da analoji mövqeyi dəstəkləyir. Tramp isə öz növbəsində Rusiyanın onu dəstəkləmək üçün prezident seçkilərinə müdaxilə etməsi haqda bəyanatların gülünc olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin isə bildirmişdi ki, ələ keçirilmiş məlumatlarda rəsmi Moskvanın maraqlarına uyğun olan heç nə yoxdur, səs-küyün əsl səbəbi isə diqqəti bu məlumatların məzmunundan yayındırmaqdır. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da səslənən ittihamların tamamilə əsassız olduğunu bildirib. Onun sözlərinə görə, oxşar bəyanatlar "heç nəyə əsaslanmır və onları sübut edən heç bir fakt göstərilmir".

Xəbər lenti
0