20:51 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
From left: Russian Prime Minister Dmitry Medvedev, Orthodox Patriarch Kirill, President Vladimir Putin, and Moscow Mayor Sergei Sobyanin attend the Easter service in the Christ the Savior Cathedral in Moscow, Russia

Prezidentdən din xadiminə qiymətli hədiyyə

© AP Photo / Ivan Sekretarev, Pool
RUSİYA
Qısa URL
9720

Vladimir Putin Patriarx Kirillə yubileyi münasibətilə xüsusi hazırlanmış hədiyyə təqdim edib.

BAKI, 22 noy-Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Müqəddəs Məsih məbədində keçirilən təntənəli mərasimdə iştirak edib.

Sputnik-in məlumatına görə, mərasimdə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Prezident Vladimir Putin Patriarx Kirilli yubileyi münasibətilə təbrik edərək bildirib ki, Rus Pravoslav Kilsəsi digər ənənəvi konfessiyalarla birlikdə Rusiya xalqının və dövlətinin başlıca mənəvi dayağıdır.

Putinin sözlərinə görə, bu, dünya birliyinin mürəkkəb çağırışlarla üzləşdiyi, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə ehtiyac duyulduğu bir vaxtda xüsusilə vacibdir.

Rus Pravoslav Kilsəsinin rəhbərinin bütün ənənəvi dinlərin nümayəndələri ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan Putin salonda əyləşən müxtəlif dinlərin nümayəndələrini salamlayıb.

Rusiya dövlətinin başçısı birinci dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordenini Moskvanın və bütün Rusiyanın Patriarxına təqdim edib. Prezident yubilyara 3570 kəhrəba elementdən məxsusi olaraq hazırlanmış panno təqdim edib.

Yubiley tədbirində Moskvada işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və başqaları da çıxış ediblər.

Teqlər:
Moskva, Allahşükür Paşazadə, Aleksandr Lukaşenko, Dmitri Medvedyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Patriarx Kirill

Əsas mövzular