19:27 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Suriyada Süleyman şah türbəsi

Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"

© Foto : panoramio.com
RUSİYA
Qısa URL
553 0 0

Vladimir Jirinovski: "Rusiya üçün Krım və Donbas nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir"

BAKI, 16 noy — Sputnik. Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Yaxın Şərq bölgəsinin vaxtilə Osmanlı torpağı olduğunu deyib. O, əlavə edib ki, Türkiyənin İraqın və Suriyanın şimalında tarixi haqqı var.

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski
© Foto : LENTA
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski

Sputnik xəbər verir ki, Jirinovski bu barədə Rossiya 1 telekanalında yayımlanan "Veçer" proqramında danışıb. "Türklər İraqın və Suriyanın şimalını birləşdirmək istəyirlər. Onların buna haqqı çatır", — Jirinovski qeyd edib.

"Daha əvvəl bu torpaqlar Osmanlı İmperatorluğuna aid idi. Lozanna müqaviləsindən sonra sərhədlər dəyişdi. Bu da türklərin mənafeyinə cavab vermir", — deyə partiya rəhbəri bildirib.

Vladimir Jirinovski sözlərinin davamında deyib: "Türkiyə üçün İraqın və Suriyanın şimalı, bizim Kırım və Donbas kimidir. Türkiyə orada etmək istədiyini etsin, biz isə buna gözlərimizi bağlayaq".

Onun sözlərinə görə, burada söhbət İraqın və Suriyanın şimalından gedir: "Bu bölgələr Moskvadan idarə edilə bilməz ki. Bu barədə Rusiya olaraq düşünməyimiz lazımdır".

"Rusiya üçün Krım və Donbass nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir. Krım və Donbas rus dünyasının bir parçasıdır. Orada hər zaman ruslar yaşadılar. Şimali İraq və Şimali Suriya da türk torpaqları idi. Ona görə düşünürəm ki, Rusiya və Türkiyə o bölgələr barədə razılaşmalıdır", — siyasətçi vurğulayıb.

Əlaqədar

Jirinovski razıdır, müxalifət narazı
Jirinovskidən Ukrayna prezidentinə ilginc təklif
İraq ordusu Mosula daxil oldu
"Obama İraqı İrana verdi"
Türkiyə ilə İraq arasındakı "buzlar əriməyə" başlayıb
Ərdoğandan ABŞ-a: "Sizi İraqa Səddam Hüseyn dəvət etmişdi?"
Teqlər:
Liberal Demokrat Partiyası, Vladimir Jirinovski, İraq, Osmanlı, Suriya, Rusiya, Yaxın Şərq, Türkiyə

Əsas mövzular