Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-Gürcüstan birgə hərbi təliminə Rusiyadan sərt reaksiya

© AFP 2023 / NIMANI ARMEND NIMANIRusiya və NATO
Rusiya və NATO - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Moskva Gürcüstandakı hərbi təlimlərin regionun sülh və stabilliyinə təhdid təşkil etdiyini bildirib

BAKI, 15 noy — Sputnik. "Gürcüstan-NATO birgə təlimləri beynəlxalq standartlara uyğundur". Sputnik Ria-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Təlimlər proporsional xarakterlidir və beynəlxalq öhdəliklərə tam cavab verir", — deyə baş katib Brüsseldə jurnalistlərin suallarına cavabında deyib.

Rəsmi Moskva isə Gürcüstandakı hərbi təlimlərin regionun sülh və stabilliyinə təhdid təşkil etdiyini bildirib. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.

Bəyanatda qeyd olunur: "13 ölkədən 250 hərbçinin qatıldığı NATO-Gürcüstan hərbi təlimlərinə diqqət çəkmək istərdik. Kreml olaraq bu fəaliyyətdə regionun sülh və stabilliyi üçün ciddi təhlükə görürük".

"Gürcüstanla hərbi əməkdaşlığın Rusiyanın "qarşısını almaq" siyasətinin bir hissəsi olduğunu NATO-da açıq dilə gətirirlər. Gürcüstanın öz üzərinə götürdüyü rol Rusiya-Gürcüstan münasibətlərinin normallaşması prosesini çətinləşdirir", — deyə Kreml bəyan edir.

Xəbər lenti
0