Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Trampa dialoq çağırışı

© Sputnik / Alexei Drujinin / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
"Bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında sizin administrasiyanız ilə tərəfdaşlıq dialoqu başlatmağa hazırıq"

BAKI, 15 noy — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilən dövlət başçısı Donald Trampla telefonda danışıb. Sputnik xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

"Cənab Putin prezident seçkisində qalib gəlməsi münasibətilə Donald Trampı təbrik edib və ona işlərində uğurlar arzulayıb", — Kremldən bildirilib.

Telefon danışığı zamanı Putinin həmkarına dialoq çağırışı etdiyi də qeyd olunub. "Bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında sizin administrasiyanız ilə tərəfdaşlıq dialoqu başlatmağa hazırıq", — Putin vurğulayıb.

Söhbət zamanı Rusiya-ABŞ əlaqələrinin çətin dövrdən keçdiyinə də diqqət çəkilib və əlaqələrin normallaşması üçün aktiv işlər görülməsinin vacibliyi qeyd olunub.

Xəbər lenti
0