04:59 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
31 0 0

Rusiyanın Omsk şəhərinin yanğınsöndürənləri uşaq yanıq mərkəzi üçün pul yığmaq məqsədi ilə qeyri-adi addım atıblar

BAKI, 8 noy — Sputnik. Rusiyanın Omsk şəhərinin yanğınsöndürənləri təqvim üçün soyunublar. Onlar belə qeyri-adi üsulla uşaq yanıq mərkəzi üçün pul yığmaq qərarına gəliblər. Bisepslərini oynadan və mükəmməl preslərini göstərən kişilərin şəkilləri yanğın təhlükəsizliyi qaydaları ilə müşayət olunur.

Layihənin təşkilatçısı Vitali Xapilin 23 ildir yanğınsöndürən işləyir. Əvvəl o, təqvimi qohumlarına Yeni il hədiyyəsi üçün planlaşdırmışdı, lakin xarici həmkarlarının təcrübəsini görəndən sonra planına dəyişiklik edib.

"Biz internetdə Avstraliya və Fransadan olan həmkarlarımızın xeyriyyə məqsədilə təqvim buraxdıqlarını gördük. Qərara gəldik ki, biz də yoxlayaq. İlk dəfə olsa belə, biz çox çalışdıq", — deyə Vitali bildirib.

Avstraliyalı yanğınsöndürənlərin "qaynar" təqvimləri artıq ənənəyə çevrilib — onlar 1993-cü ildən buraxılır. Satışlardan əldə olunan pullar isə uşaq xəstəxanaları və yanıq şöbələrinə gedir. Ötən il onlar heyvanların mühafizəsi cəmiyyətinə dəstək olaraq evsiz it və pişik balaları ilə şəkil çəkdiriblər.

Omsk yanğınsöndürənləri uşaq yanıq mərkəzinə dəstək olmaq istəyiblər. Təqvim 600 rus rublu dəyərindədir. Əldə olunan pulların hamısı xeyriyyə məqsədlərinə gedəcək. Yoxlama partiyasında cəmi 30 nüsxə vardı və onların hamısını cəmi iki gün ərzində alıblar.

Hazırda Vitali əlavə nüsxələr çap etməyi planlaşdırır: "Niyə uşaq yanıq mərkəzi? Çünki uşaqların əzab çəkməsinə baxmaq olmur, axı əksər hallarda onlar böyüklərə görə əzab çəkirlər. Uşaqlar müqəddəsdir! Biz layihə üçün kiçik məbləğ yığsaq belə, yenə də çalışırıq".

Əlaqədar

Azərbaycanda qanvermə aksiyası keçirilir
Azərbaycanda hərbi vətənpərvərlik aksiyası başladı
Komada olan yazıçıya kömək etmək üçün aksiya başlanır
Təhsil Nazirliyi qarşısında aksiya keçirilib
Azərbaycanda Türkiyəyə dəstək aksiyası
Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib
Teqlər:
soyunmaq, yanğınsöndürən, Omsk, Rusiya, aksiya, uşaq

Əsas mövzular