21:57 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
39 0 0

Nadejda Savçenkonun vəkili Nikolay Polozov müvəkkilinin Rusiyaya səfər etməsinə heç bir maneənin olmadığını deyib

BAKI, 26 okt — Sputnik. Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Rusiyaya səfər edib. Sputnik RİA-ya istinadən xəbər verir ki, o, Rusiyada qadağan olunmuş UNA-UMSO təşkilat üzvlərinin — Nikolay Karpyuk və Stanislav Klıxın işi üzrə Moskvada keçiriləcək məhkəmə iclasında iştirak etmək niyyətindədir. Onların iş üzrə apellyasiyaya Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən baxılır.

N.Savçenkonun vəkili Nikolay Polozov müvəkkilinin Rusiyaya səfər etməsinə heç bir maneənin olmadığını deyib: "Savçenko Rusiya Prezidentinin fərmanı ilə əfv edilib. Formal baxımdan o, tam azad insandır, heç bir hüquqi maneə yoxdur".

Xatırladaq ki, N.Savçenko 2014-cü ilin iyul ayında həbs olunub, 2016-cı ilin mart ayında isə Rostov vilayətinin Donetsk məhkəməsi onu Luqansk yaxınlığında rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində ittiham edərək 22 illiyə azadlıqdan məhrum edib. May ayında ölən jurnalistlərin yaxınlarının xahişi ilə Rusiya prezidenti Vladimir Putin N.Savçenkonu əfv edib. Mayın 25-də o, Ukraynaya qayıdıb.

Əlaqədar

Ukrayna böhranının həlli yolu tapıldı
ABŞ xarici siyasəti "Ukrayna dalanı"na dirənib
Deputat: Postsovet məkanında Ukrayna və Azərbaycan uğrunda savaş dərinləşir
Zakir Qaralov ukraynalı həmkarına müraciət etdi
Suriya və Ukrayna problemləri "düyünə düşüb"
Ukraynada zəlzələ baş verib
Teqlər:
Stanislav Klıxın, Nikolay Karpyuk, Rusiya, Nadejda Savçenko, Ali Rada, Ukrayna

Əsas mövzular